
"RegionTV.info" xəbər verir ki, bunu Türkiyə milli müdafiə naziri Hulusi Akar NATO müdafiə nazirlərinin videoformatda keçirilən toplantısında bildirib.
Nazirlərin toplantısında "Pəncə Qartal-2" hərəkatı barədə qısa məlumat verdiyini qeyd edən Akar bütün imkanların səfərbər edildiyini vurğulayıb:
"Hər kəs bilməlidir ki, son terrorçu zərərsizləşdirilənə qədər terrorla mübarizəmiz qətiyyətlə davam etdiriləcək".