
"RegionTV.info"-nun məlumatına görə, hadisə nəticəsində 2013-cü il təvəllüdlü Qəhrəmanlı Cəsur Ceyhun oğlu, Sabirabad rayon sakinləri, 2002-ciil təvəllüdlü Mikayılov Səxavət Zəfər oğlu, 1991-ci il təvəllüdlü Muxtarzadə Muxtar Əlövsət oğlu və 1992-ci il təvəllüdlü Tağıyev Musa Elman oğlu xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
23:47
Sabirabad rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"RegionTV.info"-nun məlumatına görə, hadisə bu gün axşam saatlarında Hacıqabul-Bəhrəmtəpə magistral yolunun rayonun Xəlfəli kənd ərazisindən keçən hissəsində qeydə alınıb.
İlkin məlumata görə, “Mersedes” markalı minik avtomobili ilə “VAZ-2107” markalı avtomobil toqquşub. Qəza nəticəsində bir neçə nəfərin xəsarət alıdığı bildirilir.
Onlardan biri də Sabirabad rayonunun Yolçubəyli kənd sakini, 2013-cü il təvəllüdlü Qəhrəmanlı Cəsur Ceyhun oğludur.
Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.. Hazırda xəsarət alanların şəxsiyyəti müəyyənləşdirilir.