Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Türkiyə Azərbaycanla kosmik sahədə əməkdaşlıq etmək niyyətindədir - FOTO

Türkiyə Kosmik Agentliyi (TKA) kosmik sahədə “Azərkosmos” ASC ilə yaxından əməkdaşlıq etməkdə maraqlıdır.
RegionTV.info  xəbər verir ki, bunu Azərbaycanda səfərdə olan TKA-nın prezidenti Sərdar Hüseyn Yıldırım “Azərkosmos”da keçirdiyi görüş zamanı deyib.
O, kosmik sahədə hər iki ölkənin yüksək ixtisaslı peşəkar kadrlarının hazırlanmasında, onların nəzəri və praktiki biliklərinin təkmilləşdirilməsi istiqamətində təcrübə mübadiləsinin vacibliyi də vurğulanıb.
Görüş əsnasında Türkiyənin Kosmik Agentliyi tərəfindən Türkiyənin Milli Kosmik Proqramının strateji hədəfləri, o cümlədən yerli kosmik uçuş aparatlarının istehsalı, 2023-cü ildə Aya eniş planı və 2028-ci ildə ilk Türkiyə vətəndaşının kosmosa göndəriləcəyi qeyd olunub.
2018-ci ilin dekabrında qurulan Türkiyə Kosmik Agentliyi Türkiyədə kosmik sahədə fəaliyyət göstərən bütün şirkətləri özündə birləşdirir.
QALEREYA

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də