
Lotu Qulinin (Nadir Səlifov) ailəsində növbəti faciə yaşanıb.
Mərhum N.Səlifovun nənəsi Nurxanım Səlifova 85 yaşında vəfat edib. O, yaşadıqları Gürcüstanın Dmanisi rayonunda dəfn edilib.
Xatırladılıb ki, Nadir Səlifov avqustun 19-dan 20-ə keçən gecə Antalyada yerləşən otellərdən birində başından 4 güllə vurularaq qətlə yetirlib. Cinayəti törətməkdə şübhəli bilinən 25 yaşlı Xan Əhmədlinski (Xəqan Zeynalov) ilə 26 yaşlı Əmir Əhmədli polis əməkdaşları tərəfindən saxlanılıb.(unikal.org)