"Əlinin 10 yaşı var. Onunla salfet satarkən tanış oldum. Hava çox soyuq olduğuna görə Əliyə "bu günlük bütün salfetlərini mən alacam" dedim və ondan xahiş etdim ki, məni yaşadığı evinə aparsın".
RegionTV.info xəbər verir ki, bu sözləri Arzu Kəlbi BAKU.TV üçün hazırlanan xüsusi reportajda bildirib.
O həmçinin qeyd edib ki, Əlinin evinə gəldikdə mənzərə onu dəhşətə gətirib: "Sən demə, Əli ailəsi ilə birlikdə maşının yük yerində yaşayır, buna yaşamaq demək mümkündürsə. Əlinin atası illər öncə rəhmətə gedib, o, bacısı ilə birlikdə anasının himayəsi altında yaşayır".
Qeyd edək ki, Əlinin anası xəstə olduğu üçün işləyə bilmir və o, salfet sataraq ailəni dolandırır. İllər öncə avtovağzal ərazisində salfet satarkən Əli bir oğlanla rastlaşır və həmin gündən oğlan Əliyə mütəmadi olaraq maddi yardım göstərir.
Əslində həmin oğlan xüsusi təyinatlı Şəhriyar Quliyev idi. Əli və ailəsi bunu Şəhriyar Quliyevin şəhid olmasından sonra bilib. Ailənin dediyinə görə, Şəhriyarın yoxluğu onların həyatını daha da alt-üst edib.
Daha ətraflı BAKU.TV-nin xüsusi buraxılışında
Xəbəri paylaş