
RegionTV.info məlumat verir ki, bundan sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ə.Əsədovu Prezident iqamətgahında qəbul edib.
Mətbuata qapalı keçirilən görüşdə Türkiyə prezidentinin köməkçisi Fuad Oktay da iştirak edib.
Görüşdə Dağlıq Qarabağ və ətraf rayonlarda yaşananlar, görüləsi tədbirlərlə bağlı müzakirələr aparılıb.
Sonradan F.Oktay Ə.Əsədovla təkbətək görüşüb. Ə.Əsədov həm Vətən müharibəsi zamanı, həm də peyvəndlə əlaqəli dəstəyə görə qardaş ölkəyə təşəkkür ünvanlayıb. F.Oktay Türkiyənin həmişə Azərbaycana dəstək göstərəcəyini vurğulayıb.
Görüşdə əsas müzakirə mövzusu iki ölkə arasında münasibətlərin daha da gücləndirilməsi olub.