Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

"Martın sonundan 70-100 adamla toyların keçirilməsi mümkün ola bilər"

Xəbər verdiyimiz kimi, hazırda ölkədə mövcud pandemiya şəraiti ilə əlaqədar toyların keçirilməsinə qadağa var. Buna baxmayaraq, bəzi ekspert və səlahiyyətli şəxslər toyların keçirilməsinin vacibliyi fikrini irəli sürür.
Deputat Fazil Mustafa da "Toyların zəruri məhdudiyyət şərtləri ilə keçirilməsinə icazə verilməməsi də müəmmalı bir yanaşmadı" deyib:
"Hər gün Bakının istənilən ictimai iaşə məkanlarına diqqət yetirin, saatlarla yüzlərlə insan həm masa arxasında, həm də yemək növbəsində bir-birinə yaxın məsafədə olurlarsa, o halda toylarda sağlamlıq təhlükəsizliyinə əməl etmək daha rahat deyilmi? Necə deyərlər, iki nəfər oxuyan, 50 nəfər qonaq, 3 saat da vaxt, bundan qətiyyən dünya dağılası və virus yayılası deyil. Bir ilə yaxındır ki, adamlar ailə qura bilmirlər. Qaydanı pozarlarsa, buyurub restoran və ya şadlıq evi sahibini cəzalandırın. Hər şeyi total şəkildə və uzun müddətə qadağan olunması çıxış yolu deyil ki?" deyərək deputat münasibət bildirib.
RegionTV.info bildirir ki, bu məsələyə mütəxəssis kimi  professor Adil Qeybulla da fikir bildirdi :
"Sosial həyatın ayrı- ayrı sahələrində yumşalmalar gedir. Toyların, sadəcə, formatı müyyən edilməlidir. Toyların keçiriləcəyi zalların ventilyasiya imkanları yoxlanılmalıdır. Şadlıq sarayları həmin imkanlara cavab verir, ya da bunlar araşdırılmalıdır.

Mən hesab edirəm ki, mart ayının sonundan etibarən 70-100 adamla toyların keçirilməsi mümkün ola bilər. Toyların 50 nəfərlə keçirilməsi azdır.
Toyların keçirilməsindəki şərtlərə, zala daxil olan qonağın qızdırmasının ölçülməsi, əllərin dezinfeksiya olunması, hətta maskalardan istifadə edilməsi ola bilər. Hazırda toyların keçirilməsinə icazə verilsə, xaos yaranacaq. Ona görə də birinci format müəyyən edilməlidir. Bu formatı pozan adamlar isə cəzalanmalıdır".

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də