Mağazadan icazəsiz su içən şəxsi zəncirləyən market sahibi Rahib Lətifov həbs edilib.
RegionTV.info xəbər verir ki, paytaxtın Sabunçu rayonunda yaşayan, ruhi-əsəb xəstəliyindən əziyyət çəkən 43 yaşlı şəxsi marketdən bir şüşə qazlı suyu icazəsiz içdiyinə görə zəncirləyən həmin marketin sahibi Rahib Lətifov polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.
O, məhkəmənin qərarı ilə inzibati qaydada 30 sutka həbs olunub.
R.Lətifov əməlindən peşman olduğunu bildirib.
Xəbəri paylaş