Aktrisa Eşli Cad bədbəxt hadisə ilə üzləşib.
RegionTV.info bildirir ki, 52 yaşlı sənətçi Konqoda film çəkilişi zamanı yıxılaraq ayağını dörd yerdən sındırıb.
Cad dərin yerə yıxıldığından onu 55 saata qurtarmaq mümkün olub. Qəzanın fotolarını İnstaqram hesabında paylaşan Eşli "Birdən-birə qaranlığa yıxıldım və oradakı ağac ayağımı sındırdı" deyə, başına gələnləri sevənləri ilə bölüşüb.
Həkimlərin sözlərinə görə, aktrisanın siniri zədələnib. Onun hələ uzun müddət müalicə alacağı bildirilib.
Xəbəri paylaş