Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

"Caspian İnternational Hospital"da qəssabxana qaydaları... - GİLEY




"Şikayətim uzun zamandır pasienti olduğum Caspian İnternational Hospitaldandır. Xəstəxananın 1ci korpusunda o qədər ginekoloq çalışır ki, (Allah daha da artıq etsin, sözüm ona deyil) say-say bitirmək olmaz. Doğuş üzrə özünü bu qədər “tutan” klinikada, doğuşdan sonra ana və körpəyə niyə bu qədər laqeyd davranılır, anlamıram". DİA.AZ bildirir ki, bu barədə Bakı sakini Elnurə Axundova şikayətini bildirir.
"Caspian İnternational Hospital"da qəssabxana qaydaları... - GİLEY

Daha sonra narazı vətəndaş yazır: "Xəstəxananın 2ci korpusunda Pediatriya şöbəsi var (!) idi, lakin nə hikmətdirsə, xəstəxananın müdriyyəti düşünüb və qərara gəlib ki, pediatriya o qədər də önəmli deyil. Bu səbəbdən də pediatriyanı ləğv edib, şöbənin bir qismində Dr. Şahbazovun göz müayinə və qəbul şöbəsini açıblar ( şöbənin qarşısında olan “azərbaycansayağı” sıradanda yazacam, o ayrı məsələ ), digər “boş otaqlara” isə yeni ginekoloqlar yerləşib.
Bu pandemiya vaxtında dünyaya yeni gəlmiş körpə ilə SAATLARLA sırada dayanmalıyıq, niyə?! Çünkü Caspian İnternational Hospitalın müdriyyəti qərar verib ki, BEŞ pediatr ( nə az nə çox )( hamısının da iş saatı eyni ) balaca körpələri 1 kabinetdə qəbul edə bilər. (???) Yaranmış xaosu siz təsəvvür edin. Sıra yoxdur, bilinmir hansı valideyn hansı həkimə gəlib, kimin pasienti kimnən sonradır. Pediatrlar isə, o kabinetdən bu kabinetə qaçıb, “boş otaq” axtarırlar ki, xəstəni tez yola sala bilsinlər.
Dr. Şahbazovun qəbulunu gözləyən pasientlərin sırası isə ümumiyyətlə acınacaqlı haldadır. Sosial ara məsafəsindən ümumiyyətlə söz gedə bilməz.
Və siz bu qədər stress və əsəb azmış kimi, bu insan toplusunun içindən ən az 2-3 dəfə keçirsiz. Sonra da gəl 14gün gözlə ki, Corona tutdum ya yox.
Bu qədər əsəb, stress və vaxtımı alan Caspian Hospital müdriyyətindən yaranmış xaos-vəziyyətə bir əncam çəkməyini bir müştəri, pasient və vətəndaş olaraq tələb edirəm!"

Dia.az

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də