Polis Şəkidə orta məktəblərin qarşısında nəzarəti gücləndirdi - FOTO
Tarix: 18-02-2021, 16:23Xəbərə baxış: 154
Hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar Şəkidə polis əməkdaşları gücləndirilmiş rejimdə xidmət aparırlar.Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan RegionTV.info-ya verilən məlumata görə, məktəblərin qarşısında hərəkətin təhlükəsizliyinin təmin edilməsinə xüsusi diqqət edilir, həmçinin sürücülərə yollarda sürət həddini aşmamaları və ara məsafəsini gözləmələri barədə xəbərdarlıqlar olunur.