Bakıda bacısı qızına təcavüz etməkdə ittiham olunan 1989-cu il təvəllüdlü Ramil Mehtiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
RegionTV.info bildirir ki, Ramil Mehtiyev Biləcəri qəsəbəsində eyni evdə yaşadığı bacısı qızı, ABŞ vətəndaşı olan 2015-ci il təvəllüdlü Nahidə Babayevaya (ad-soyad şərti verilib - red.) qarşı mütəmadi olaraq seksual xarakterli zorakılıq hərəkətləri edib.
İstintaq orqanı tərəfindən Ramil Mehtiyevin barəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (yetkinlik yaşına çatmayan şəxsə qarşı seksual xarakterli zorakılıq hərəkətləri törətmək) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınan Nahidə Babayeva qanuni nümayəndəsi, anası Səbinənin (ad və soyad şərti verilib - red.) iştirakı ilə ifadə verib. Azyaşlı zərərçəkmiş ifadə verən zaman onun anası ilə yanaşı məsləhətçi-psixoloq da iştirak edib.
Nahidə Babayeva ifadə verən zaman öz fikirlərini dəqiq, konkret ifadə edə bilməyib. O, öz hərəkətləri ilə dayısı Ramil Mehtiyevin onun şalvarını və alt paltarını aşağı çəkməsini qanuni nümayəndəsi olan anasına, həmçinin məsləhətçi-psixoloqa göstərib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Ramil Mehtiyev elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O qeyd edib ki, azyaşlı bacısı qızının şalvarını və tumanını aşağı salmayıb. Onun sözlərinə görə, bacısı oğlu, zərərçəkmişin qardaşı Aydın (ad şərti verilib - red.) Nahidənin şalvarını aşağı çəkib: "Bu zaman Aydına əsəbləşdim. Onu Nahidənin yanından əlimlə vurdum. Bu hadisə dəfələrlə təkrarlanıb. Aydın Nahidənin şalvarını aşağı çəkəndə, hər dəfə onu danlamışam.
Sonuncu dəfə Aydın yenə də Nahidəyə qarşı bu hərəkəti etdi. Mən də Aydını tez-tez şillə vurdum. Aydın ağlayaraq anasının yanına getdi. Anası yanıma gələrək niyə Aydına şillə vurmağımı soruşdu. Mən də bacıma oğlu Aydının Nahidənin şalvarını aşağı çəkdiyi üçün şillə vurduğumu bildirdim".
Təqsirləndirilən şəxs qeyd edib ki, bundan sonra bacısı oğlu Aydının üstünə qışqırıb: "Aydın da ağlaya-ağlaya anasının yanına getdi".
Cinayət işi üzrə şahid qismində ifadə verən Aydın Babayev bildirib ki, dayısı Ramil onun bacısının hər dəfə şalvarını, tumanını aşağı çəkib. Azyaşlı şahid ifadəsində dayısının bacısı Nahidəyə qarşı etdiyi əxlaqsız hərəkətləri çırpaqlığı ilə danışıb.
Aydın Babayevin sözlərinə görə, dayısının hərəkətini görüb və bu barədə anasına deyib. Qeyd edib ki, dayısı əvvəllər də bu hərəkətləri edib, amma qorxusundan bu barədə heç kimə bir söz deməyib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ramil Mehtiyev 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan Ramil Mehtiyev apelyasiya şikayəti verib. O qeyd edib ki, ekspert rəyində zərərçəkmiş şəxsin bədənində müxtəlif sıyrıqların olduğunu və bu sıyrıqların müxtəlif şəraitdə əmələ gəlmə ehtimalının olduğunu, əmələ gəlmə müddətinin 3-4 gün əvvələ təsadüf etdiyini qeyd olunub.
Bildirib ki, sonuncu dəfə zərərçəkmiş Nahidə Babayeva atasıgilə gedib, həmin sıyrıqlarda atasıgildə olduğu müddətdə baş verib: "Uşağın atasının məqsədi evi əxlaqsız yuva kimi qələmə verib, sonra uşaqları anasız Amerikaya apararaq orada külli miqdarda təzminat almaq olub".
Günahsız olduğunu bildirən Ramil Mehtiyev barəsində olan hökmün ləğv olunmasını, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə Ramil Mehtiyevin şikayəti təmin olunmayıb.
Bu qərardan narazı qalan Ramil Mehtiyev kasasiya şikayəti verib. Onun kasasiya şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib.
Hakim Fərhad Kərimovun sədrliyi ilə baş tutan iclasda kasasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan olunub.
Ramil Mehtiyevin kasasiya şikayəti təmin olunmayıb.
Xəbəri paylaş