
RegionTV.info xəbər verir ki, ölkə iqtisadiyyatına dair Dünya Bankının aylıq hesabatlarının (Azerbaijan Monthly Economic Update) fevral buraxılışına görə, dekabr ayında inflyasiya 2,7 faiz təşkil edərək AMB-nin 4 ± 2 faizlik hədəf hüdudu çərçivəsində qalıb.
O cümlədən ərzaq qiymətləri dekabr ayı ərzində orta hesabla 1,8 faiz artıb, qeyri-ərzaq mallarının isə qiyməti dəyişməyib. “Yanvarın 6-da yanacaq tariflərində açıqlanmış benzin üçün 11 faizlik, dizel üçün 33 faizlik artıma, yanvarın 30-da isə su tarifinin ikiqat artırılmasının qarşıda qiymət artımına səbəb olacağı gözlənilsə də, inflyasiyanın bütövlükdə AMB-nin hədəf hüdudları çərçivəsində qalacağı yüksək ehtimaldır”, - hesabatda qeyd olunur.
Bu ilin yanvar ayında Azərbaycanda istehlak qiymətlər indeksi ötən ilin müvafiq dövrünə nisbətən 3,3 faiz, o cümlədən ərzaq, içki, tütün məlumatlarına dair 4,6 faiz, qeyri-ərzaq mallarına dair 3,5 faiz, ödənişli xidmətlərə dair 1,3 faiz artıq olub.