
RegionTV.info-nun məlumatına görə, ARB televiziya kanalında yayımlanan reportajda Dövlət Xidmətinin rəis müavini Məmməd Abbasbəyli bildirib ki, yoxlamalar aparılıb və hər hansı sayğacda normadan kənarlaşma qeydə alınmayıb:
“Tabeliyimizdə olan qurum var, Azərbaycan Metrologiya İnstitutu... Metrologiya İnstitutu bütün ölçmə vasitələrinin yoxlaması ilə məşğuldur və “Azəriqaz”ın sayğacları quraşdırılmazdan qabaq onların hamısı bu stendlərdə testlərdən keçib və o testlər düzgün olduqda onlar quraşdırılır. Ona görə bu sahədə biz də yoxlama aparmışıq”.