Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Ermənilər itkilərinin sayını rəsmən AÇIQLADI

44 günlük Vətən Müharibəsi Azərbaycan Ordusunun şanlı qələbəsi ilə yanaşı işğal altında olan torpaqlarının azad edilməsi və düşmən ordusunun darmadağın edilməsi ilə nəticələnib.

RegionTV.info  xəbər verir ki, İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan Qarabağ bölgəsinin abadlaşdırılması, yenidənqurma işləri ilə məşğul olduğu vaxtda İrəvan məğlubiyyətin təsirindən çıxa bilmir.

Ermənistanda hökumət əleyhinə keçirilən aksiyalar, sosial problemlərin artması və hakimiyyət daxili çəkişmələrin artması bunun bariz nümunəsidir. Halbuki müharibəyə qədər və müharibə vaxtı Ermənistan rəhbərliyi fərqli görünməyə çalışır və Azərbaycandan qat-qat güclü olduğunu iddia edirdi.

Azərbaycan Ordusuna 44 gün kifayət etdi ki, 30 illik qurulan müdafiə və istehkam məhv edilsin, milyardlarla dollar dəyərində hərbi texnika və silah-sursatlar sıradan çıxarılsın. Bu günlərdə Ermənistan tərəfi İkinci Qarabağ Müharibəsində verdiyi itkilərin sayını açıqlayıb. Ermənistan Səhiyyə Nazirliyi açıqlayıb ki, 27 sentyabr 2020-ci ildən 13 fevral 2021-ci ilədək 3577 erməni hərbçinin cəsədi məhkəmə tibbi ekspertizasına daxil olub.

Qeyd edilib ki, 13 fevral tarixinə qədər 428 cəsədin qalıqları DNT müayinəsindən keçib. 2364 hərbçinin isə rəsmi olaraq adları açıqlanıb. Noyabrın 13-dən fevralın 17-dək Qarabağda aparılan axtarış nəticəsində 1485 nəfərin meyiti tapılıb.

Ermənistan tərəfinin dəfələrlə həm yerli ictimaiyyəti, həm də dünya ölkələrini aldatmağa çalışdığını nəzərə alsaq, verdiyi itkilərin sayını qəsdən və məqsədli şəkildə az göstərməsi hamıya məlumdur. Müharibə vaxtı erməni hərbçilər və digər şəxslərin etiraflarını əsas götürsək, Azərbaycanın "Dəmir Yumruq" əməliyyatı zamanı Ermənistanın açıqlanandan bir neçə dəfə çox itki verdiyi üzə çıxır.

Ermənistanın bir neçə şəhərində bu günlərdə belə etirazların keçirilməsi, itkin düşən erməni hərbçilərin qaytarılması və cəsədlərinin tapılması istiqamətində tələblərin irəli sürülməsi itkilərin həddən çox olduğunu göstərir. Ermənistan hakimiyyəti itkilərin sayını gizlətməklə etiraz edən şəxslərin gözlərini yolda qoyur, onlara yalan vədlər verir və məsuliyyətdən qaçmağa çalışır.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də