
RegionTV.info Həmyerlimiz Yarışlar Komissiyasının katibi təyin edilib. 1992 və 1993-cü illərdə 18 yaşadək qızlar arasında dünya çempionu olan Qədimova 1994-cü ildə qadınlar arasında beynəlxalq qrossmeyster adı alıb.
2008-ci ildə aktiv şahmat karyerasını başa vuran Gəncə şahmat məktəbinin yetirməsi son illərdə FİDE-nin Qadın Şahmatı Komissiyasında katib kimi çalışıb. 46 yaşlı funksioner yeni təyinatla digər komissiyaya keçirilib.
Onunla yanaşı, daha bir təyinat gerçəkləşib. Kristel Yaqer Hafsted Qadın Şahmatı Komissiyasında Qədimovanı əvəzləyib.