
RegionTV.info xəbər verir ki, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Roza Qədirova 7 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, ittihama görə, Roza Qasımova tanışı olan şəxsi oğlunun müalicəsini falçı vasitəsi ilə həll edəcəyini deyib. O bu məqsədlə ondan 96 min alaraq zərərçəkəni aldadıb. Zərərçəkənin şikayəti əsasında R. Qasımova saxlanılıb.
Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham verilib.