Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Magistraturaya ixtisaslaşma seçimi bu gün başa çatır






Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarının boş qalan yerlərinə qəbul olmaq üçün proqram və ixtisaslaşma seçimi bu gün başa çatır.

Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, boş qalan yerlərə qəbul 23 fevralda keçi­rilən qəbul imtahanında toplanılmış ballar əsasında müsabiqə yolu ilə aparılır (müsabiqə şərtləri).

Bakalavrlar boş qalan yerlərə keçirilən müsabiqədə iştirak etmək üçün bu gün saat 23:59-dək DİM-in internet saytının müvafiq səhifəsinə daxil olaraq seçdikləri ixtisaslaşmaların kodlarını "Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi"ndə qeyd edib təsdiqləməlidirlər.

Bakalavrlar boş yerlərin müsabiqəsi zamanı seçməyə hüququ olan proqramı və həmin proqrama aid boş qalmış ixtisaslaşmaları seçə bilərlər.

İxtisaslaşma seçimi aparılan müddətdə bakalavr bitirdiyi ixtisasa müvafiq və istəyinə uyğun olan proqramı və həmin proqrama aid olan 20-dək ixtisaslaşmanın kodunu seçərək "Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi"nə istədiyi ardıcıllıqla daxil edib təsdiqləyir ("Magistratura səviyyəsi üzrə ixtisaslaşma seçimi cədvəli" “Magistr” 3 jurnalında DİM-in saytında elektron formada təqdim olunub). 

Boş qalan yerləri olan ixtisaslaşmaların siyahısı “Magistr” jurnalının 6-cı sayında dərc olunub.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də