Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

BAKU TV 3 yaşını qeyd edir - VİDEO

Bu gün BAKU TV kanalının 3 yaşı tamam olur. 
RegionTV.info  dünyanın və ölkənin müxtəlif yerlərindən ən vacib xəbərləri ekranlarımıza gətirir. Ən maraqlı və eksklüziv süjetləri məhz BAKU TV-dən izləyirsiniz. 

Kanal yarandığı gündən etibarən ölkədə və dünyada baş verən ən aktual və maraqlı hadisələr barədə operativ videosüjetlər hazırlayaraq auditoriyaya təqdim edir.

Xüsusilə Vətən müharibəsi zamanı BAKU TV-nin operativ fəaliyyəti, qaynar nöqtələrdən reportajları və hər saat canlı yayımları izləyicilərə dəqiq və dolğun məlumat almaq imkanı yaratdı. 

Peşəkar jurnalistlərdən ibarət komandanın işi BAKU TV-yə qısa bir zamanda böyük auditoriya qazandırdı.
2021-ci ilin yanvar ayı üçün telekanalların Youtube reytinqinə nəzər salmaq kifayət edir ki, BAKU TV-nin uğurlarının hansı səviyyədə olduğunu əyani görək.  
1. BAKU TV - 17 162 127
2. İctimai TV - 15 802 278
3. Xəzər TV - 8 241 144 ( 5 youtube kanal )
4. ATV - 3 415 129 ( 4 youtube kanal )
5. ARB TV - 1 676 412
6. AZTV - 
448 909
7. APA TV - 
336 742
8. ARB24 - 
236 398
9. Real TV
- 201 642
10. Space TV - 
40 429
Mənbə: Feedspy
BAKU.WS kollektivi adından BAKU TV rəhbərliyi və komandasını 3 yaşı münasibəti ilə təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzu edirik!
BAKU TV sosial şəbəkələrdə:
https://www.facebook.com/www.baku.tv/ 
https://www.instagram.com/__baku_tv__/ 
https://baku.tv

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də