
RegionTV.info bildirir ki, aksiya Milli Məclisin deputatı Sevil Mikayılovanın təşəbbüsü ilə təşkil edilib və əsasən şəhid ailə üzvləri, qazilər və aztəminatlı ailələri əhatə edib.
Oftalmoloq Arzu Eyvazova və Layihələr üzrə menecer Lalə Mahmudova tərəfindən aparılan müayinələrin sonunda müraciət edən vətəndaşlar müəyyən müalicə və lazım olduğu halda eynəklə təmin olunublar.
Aksiyadan məmnun qalan sakinlər göstərilən diqqətə görə minnətdarlıqlarını bildirərək, belə tədbirlərin daha sıx olmasını arzu ediblər.