Bakının Yasamal rayonunda piyadanı sərnişin avtobusu vurub.
RegionTV.info-nun məlumatına görə hadisə metronun Elmlər Akademiyası stansiyasının yaxınlığında baş verib.
15 yaşlı Ağabəyli Gülsüm Mirzə qızı dayanacaqda dayanan zaman onu sərnişin avtobusu vurub. Yaralı xəstəxanaya çatdırılıb.
Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.
Xəbəri paylaş