Bu gecə UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin daha iki qarşılaşması baş tutub.
RegionTV.info xəbər verir ki, "Porto" öz meydanında "Yuventus" komandasını qəbul edib. Portuqaliya klubu rəqibini 2:1 hesabı ilə məğlub edib. Bu oyunda “Porto”nun qollarını Mehdi Taremi (1) və Mussa Mareqa (46) vurub. Turin təmsilçisinin yeganə qolunu isə Federiko Kiyeza qapıdan keçirib.
[media=https://youtu.be/ZfAuzL3UYdk]
Almaniyanın "Borussiya Dortmund" komandası isə səfərdə "Sevilya"nı məğlub edə bilib. Dortmund təmsilçisi rəqibini 3:2 hesablı qələbə ilə üstələyib. "Borussiya" klubunun qollarını Erlinq Haland (2) və Mahmud Daxud, “Sevilya”nın qollarını isə Suso və Lyuk De Yonq vurub.
[media=https://youtu.be/XUEL7AaCP_k]
Xəbəri paylaş