Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

“Qubadlının işğaldan azad ediləcəyinə inanıram, sadəcə buna cəhd etmək lazımdır”






Bu gün Qubadlı rayonunun işğal günüdür. Qubadlı rayonu 1993-cü il avqustun 31-də ermənilər tərəfindən işğal olunub. 

Moderator.az-a açıqlamasında Milli Qəhrəman Əliyar Əliyevin qardaşı, keçmiş döyüşçü Rüzgar Əliyev o illərlə bağlı fikirlərini bölüşüb:

“Əliyar şəhid olandan sonra Qubadlıda durğunluq yaşandı. Yəni həm əhalidə, həm də döyüşçülərdə ruh düşkünlüyü oldu. Elə bir komandiri itirmək hamını kədərləndirmişdi. Mən də Qubadlı rayonu uğrunda gedən döyüşlərdə iştirak edirdim. Sonra da 1993-cü il avqustun 31-də rayon ermənilər tərəfindən işğal olundu. Qubadlı niyə işğal olundu?-sualına cavab vermək çətindir. Çünki siz də və hamı da bilir ki, onda qabağa düşən bir adam lazım idi ki, rəhbərlik edə və torpağı qoruyaq. Mənim deməyim düzgün çıxmır və bunu camaat da deyir ki, elə bir insan isə Əliyar idi. Əliyar da şəhid olandan sonra heç kimdə döyüşməyə həvəs olmadı.

R.Əliyev o yerlərə qayıdacağına inandığını  və inamla yaşadığını deyib:

“Hər bir insan inamla yaşayır. Məndə inam olmasa, bəlkə də ölərəm, yaşaya bilmərəm. Əlbəttə, inanıram ki, o torpaqlar qayıdacaq və biz öz evimizə geri dönəcəyik. O cümlədən bütün Qubadlı camaatı inanır ki, torpaqlar alınacaq. Sadəcə torpaqları işğaldan azad etmək üçün bir cəhd etmək lazımdır”.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də