
RegionTV.info xəbər verir ki, binanın partladılması anı yerli “nj.com” portalının “youtube” kanalında yayımlanıb.
Binanın sökülməsini bir çox şəhər sakini izləyib.
Qeyd edək ki, bina 1984-cü ilin mayında istifadəyə verilmişdi. Şəhərdəki sayca onuncu qumarxana kimi fəaliyyət göstərirdi. Lakin 2014-cü ildə bağlanıb.
2016-cı ildə fəaliyyətini dayandırdıqdan sonra onun mülkiyyəti “Trump Entertainment Resorts”dan “Icahn Enterprises”ə təhvil verilib.
Atlantik Şəhər Bələdiyyə Başçısı Marti Smoll 2020-ci ildə binanın sökülməsi ilə bağlı əmr imzalayıb.