Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Rüşvətləri yığdığı deyilən başçının müavini danışdı - Video

Ağstafa rayonunun icra başçısının müavini Lalə Eyyubova həbs edilən sabiq başçı Nizammədin Quliyevin məhkəmə prosesində ona qarşı irəli sürülən ittihamlara cavab verib.
RegionTV.info-ya  açıqlama verən Lalə Eyyubova bildirib ki, məhkəmədə şahidlərin rüşvəti bilavasitə ona verməsi barədə səsləndirdiyi iddiaları qəbul etmir:
“Mənim məlumatım olmayan məsələ ilə bağlı heç nə deyə bilmərəm. Şahidlərin rüşvəti mənə verməsi, məhkəmə prosesində dindiriləcəyim barədə səsləndirilən iddiaları təkzib edirəm”.
Qeyd edək ki, Ağstafa rayonunun sabiq başçısı Nizammədin Quliyevin vəkili Kamandar Nəsibov Report-a açıqlamasında məhkəmədə şahidlərin əksəriyyətinin rüşvəti bilavasitə icra başçısının müavini Lalə Eyyubovaya verdiyini deyib.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də