"Qiymətlərin süni artırılmasını aşkar etməmişik-D"
"Ərzaq məhsullarının, tikinti məhsullarının qiymətləri tələb və təklif əsasında formalaşır, bu məhsulların qiymətlərini süni müdaxilə ilə tənzimlənməsi düzgün deyil".
RengionTV.info-nun məlumatına görə bunu Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin "2020-ci ilin yekunları" adlı onlayn konfransda Xidmətin rəis müavini Məmməd Abbasbəyli bildirib.
Xidmətin rəis müavini "ərzaq məhsulları üzrə 57 adda, meyvə-tərəvəz 28 adda, tikinti məhsulları üzrə 51 adda məhsulun monitorinqini aparırıq" deyərək çıxışına belə davam edib:
"Ölkəmizdə Tarif Şurası tərəfindən tənzimlənən qiymətlər istisna olmaqla digər qiymətlər azad bazar iqtisadiyyatı sisteminin qaydaları ilə - tələb və təklif əsasında formalaşır. Biz gündəlik monitorinqlər aparırıq. Bizim monitorinqlərin məqsədi antiinhisar qanunvericiliyinin pozulması əlamətlərini, sövdələşmələri aşkar etməkdir. Açığını deyim bu gün qiymətlərin süni artırılması üzrə hansısa qanun pozuntusu aşkar etməmişik. Müəyyən kateqoriya məhsulların qiymətləri qlobal bazarlarda yüksəlməkdədir. Ölkmizdə bu məhsulların böyük həcmdə istehsalı yoxdur. Məsələn, şəkər tozu, yağ məhsulları və s. Biz dünya birjalarını da izləyirik və görürük ki, böyük faizlər ilə qlobal birjalarda bahalaşmalar baş verir və bununla əlaqədar olaraq Azərbaycanda da qiymət artımları yaradılır".
Xəbəri paylaş