Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Yevlaxda Qazimizin problemi nəzarətə götürüldü...

RegionTV.info 
Xəbər verdiyimiz kimi bu gün Yevlax rayonunda yaşayan Vətən müharibəsi iştirakçısı gizir Vasif Nəbiyevin problemini işıqlandırmışdıq. Müharibədə bir ayağını itirən qazimiz Yevlax rayon İcra Hakimiyyətinin diqqətsizliyindən gileylənmişdi.  
Qazinin problemiylə bağlı redaksiyamızla əlaqə saxlayan Yevlax rayon İcra Hakimiyyətinin informasiya təminatı və təhlili sektorunun müdiri Taleh Rəşidov məsələyə münasibət bildirib. O, qazimizin onlara müraciət etmədiyini, lakin bütün bunlara baxmayaraq onunla görüşəcəklərini deyib:
 
“Qazimiz Vasif Nəbiyev bir dəfə də olsun nə şifahi, nə də yazılı şəkildə icra hakimiyyətinə müraciət etməyib. Şəhidlərimizin hamısı bizim üçün eynidir, onların qarşısında baş əyirik. Yevlax şəhərində Otuzikilər deyilən məhəllə var və orda 615 məcburi köçkün ailəsi yaşayır. Onlara da biz həmişə öz doğmamız kimi münasibət göstərmişik. Biz hamımız azərbaycanlıyıq, cənab prezidentin ətrafında sıx birləşmişik. Rayon rəhbərliyi də qazilərimiz və şəhid ailələrimizə qarşı diqqətlidir. Qazimiz Vasiflə biz görüşəcəyik. Biz çalışacağıq ki, ona köməklik edək”.  
 
 Qeyd edək ki, qazimiz Vasif Nəbiyev əməkdaşımızla söhbəti zamanı artıq onunla əlaqə saxlanıldığını və “Yaşat” Fondu tərəfindən ona pul göndərildiyini bildirib.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də