Masallı rayonunun İcra Hakimiyyətində şöbə müdiri vəzifəsinə Vətən müharibəsi iştirakçısı təyinat alıb.
RegionTV.info xəbər verir ki, Qəşəm Hamil oğlu Hadıyev Rayon İcra Hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri vəzifəsinə təyin olunub.
Qeyd edək ki, Qəşəm Hadıyev 1979-cu ildə Masallı rayonunun Şərəfə kəndində anadan olub. 1985-1996-cı illərdə Şərəfə kənd tam orta məktəbində orta təhsil alıb, 1997-2001-ci illərdə Azərbaycan Texniki Universitetinin Yerüstü nəqliyyat vasitələri və nəqliyyatın istismarı fakültəsini bakalavr dərəcəsi üzrə bitirib.
27 sentyabr 2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunması uğrunda başlanan Vətən müharibəsi zamanı cəbhənin Ağdərə-Suqovuşan istiqamələrtində gedən döyüşlərdə yaxından iştirak edib. Azərbaycan Respublikası Prezidentinin 29.12.2020-ci il tarixli
Sərəncamı ilə leytenant Qəşəm Hamil oğlu Hadıyev “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif olunub və baş leytenant hərbi rütbəsi verilib.
Ailəlidir, 3 övladı var.
Xəbəri paylaş