Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Bakı Limanında Çindən gələn ilk yük qatarı aşırılıb

Bu ilin 17 fevral tarixində Bakı Limanında Çinin Tsindao şəhərindən gələn ilk yük karvanı aşırılıb.
RegionTV.info-nun   məlumatına görə  Bakı Limanında  Çinin Tsindao şəhərindən gələn ilk blok qatar 17 fevral tarixində Bakı Limanına çatıb və yüklərin aşırılmasına başlanılıb.

“Məişət avadanlıqları və kimyəvi məhsullar daşıyan yük karvanı hər biri 40 futluq olmaqla 81 konteynerdən ibarətdir. Konteynerlər Aktau limanında “Beket – Ata” fider gəmisinə yüklənərək Bakı Limanına yola düşüb. Yüklərin böyük bir qismi Azərbaycan üçün nəzərdə tutulubdur. Qalan hissəsi

Gürcüstan, Türkiyə, Rumıniya və İtaliyaya yola salınacaq”, - məlumatda vurğulanır.
Qeyd edək ki, sözügedən qatarın Azərbaycana yola düşməsi nəticəsində Tsindao Limanı ilə Bakı Limanı arasında əlaqə yaranıb. Tsindao limanı Çinin ikinci ən böyük limanıdır və ölkənin ən böyük taxıl və neft anbarları ilə təchiz olunub. Tsindao limanının 2019-cu il dövriyyəsi 1 mlrd. ton olubdur.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də