
RegionTV.info xəbər verir ki, bu sözləri müğənni Xatirə İslam mətbuata yaydığı açıqlamasında bildirib.
Sənətçi artıq televiziya kanallarında yayımlanan bütün sponsorlu verilişlərə ödəniş əsasında çıxacağını qeyd edib:
“Xüsusi vurğulamaq istəyirəm ki, bütün kanalların rəhbərləri, əməkdaşları, aparıcıları - hər biri dostumdur, gözümün işığıdır və mənim ürəyimə çox yaxın insanlardır. Ancaq iş ayrı, dostluq ayrı.
Dünyanın hər bir ölkəsində efirə çıxan müğənniyə qonorar ayrılır. Azərbaycanda da bu yolda ilk addımı mən atmaq istəyirəm.
Ola bilər, bu addımım yaxşı qarşılanmasın, kimsə incisin. Amma burada inciməli heç nə yoxdur. Bu, sadəcə mənim işə yanaşma prinsipim, istəyimdir”.