
Paytaxtın Nizami rayonunda fevralın 14-də xüsusi karantin rejim qaydalarına əməl etməyən kafe müəyyən olunub.
DİN Mətbuat xidmətindən verilən məlumata görə, "Cənub” kafesində 14 fevral - Sevgililər Günü ilə əlaqədar 15 nəfər şəxsin həmin günü qeyd etmələri aşkarlanıb.
İctimai iaşə obyektin icarədarı və tədbirin iştirakçıları barəsində qanunvericiliyə uyğun olaraq, barələrində inzibati protokollar tərtib olunub.