Türkiyənin Tunceli şəhərinin Pülümür rayonunda 4,1 bal gücündə zəlzələ olub. RegionTV.info xəbər verir ki, bu barədə Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Zəlzələ saat 13:02 radələrində 9.74 kilometr dərinlikdə baş verib. Dağıntı və itkilər qeydə alınmayıb.