Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

İsrail və Türkmənistan gələcəkdə "Cənub Qaz Dəhlizi" üçün əlavə mənbə ola bilər - SOCAR

Gələcəkdə "Cənub Qaz Dəhlizi" üçün qaz İsrail və Türkmənistandan daxil ola bilər.     
RegionTV.info bildirir ki, bunu SOCAR-ın investisiyalar və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov ABŞ-ın "Atlantic Council" analitika mərkəzinin vebinarında deyib.
O bildirib ki, hazırkı mərhələdə SOCAR əlavə bazarlara çıxışı və əlavə mənbələrdən qaz tranzitini hədəfləyir: "Biz ayrıseçkilik etmədən bir neçə mənbədən qaz tranzitinə hazırıq. "Cənub Qaz Dəhlizi"nin yekun büdcəsi 33 milyard dollar təşkil edib. Bu, 45 milyard dollarlıq ilkin büdcədən əhəmiyyətli dərəcədə azdır".
Onun sözlərinə görə, gələcəkdə "Cənub Qaz Dəhlizi" vasitəsilə Azərbaycanla yanaşı, Türkmənistandan da əlavə qaz ehtiyatları nəql oluna bilər: "Dostluq" yatağı ilə bağlı memorandumun imzalanmasından sonra Türkmənistanla əməkdaşlığın yeni mərhələsi "Cənub Qaz Dəhlizi"nə Mərkəzi Asiya qazının qoşulması üçün yeni imkanlar açacaq. Gələcəkdə, həmçinin İsrail də "Cənub Qaz Dəhlizi" ilə qaz nəql edən yeni mənbəyə çevrilə bilər".

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də