Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Həkim meşədə intihar etdi - FOTO

Türkiyənin Bursa şəhərində intihar hadisəsi baş verib.                                           
RegionTV.info bildirir ki, Uludağ Universiteti Tibb Fakültəsinin həkimi olan Mustafa Yalçın  "xizək sürmək" adı ilə evdən çıxıb.  Daha sonra evə geri qayıtmayan gənc həkimin ailəsi narahat olub. Onlar meşədə bir müddət axtarış etdikdən sonra aidiyyatı qurumlara müraciət ediblər.  Xilasetmə qrupları gecə saatlarında həkimin cansız bədənini aşkar ediblər.
Tibbi ekspertiza zamanı Mustafa Yalçının intihar etdiyi öyrənilib. Onun anestezik dərman içdiyi bildirilib.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də