Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Erməni faşizminin yenidən baş qaldırmasına yol verilməyəcək - Politoloq

Hesab edirəm ki, Ermənistan və onu dəstəkləyənlər 44 günlük müharibədən tam ciddi nəticə çıxara bilməyiblər. Hər halda Azərbaycana qarşı təxribatçı hərəkətlərə yol verilməsi halları bunu göstərir.
RegionTV.info bildirir ki, bunu AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, dosent, politoloq Faiq Ələkbərli deyib.
Onun sözlərinə görə, həmişəki kimi, Azərbaycana qarşı təxribatların artmasında Ermənistandan çox, onun havadarları ön plana çıxmaqdadır. Bəzi xarici dairələrin Ermənistan vasitəsilə Azərbaycana qarşı təxribatlar etmək niyyəti hiss olunur. Bəzi ölkələr və beynəlxalq qüvvələr Ermənistanı Azərbaycana qarşı yeni bir müharibəyə sürükləməklə yanaşı, rəsmi Bakıya da təzyiqləri artırırlar. Burada məqsəd Azərbaycanı hər hansı qəbuledilməz güzəştlərə sövq etməkdir. Belə ki, Dağlıq Qarabağın statusu məsələsini yenidən gündəmə gətirməklə Azərbaycanı müəyyən güzəştlərə məcbur etməyə cəhd edirlər.
Politoloq qeyd edib ki, bunun baş verməyəcəyi zaman Ermənistanda hakimiyyət dəyişikliyi edib müharibəyə meyilli qüvvələri hakimiyyətə gətirməklə də yeni bir müharibənin olacağına işarə edirlər. Bu baxımdan Ermənistanda revanşist, yəni 44 günlük müharibənin məğlubiyyətini aradan qaldıracağını iddia edən qüvvələrə bəzi dövlətlər dəstək verir:
"Bu baxımdan Ermənistanın keçmiş dövlət başçıları S.Sarksiyan, R.Köçəryan kimilərinin fəallaşması da təsadüfi deyil. Onları fəallaşdıran qüvvələr Azərbaycanın və Türkiyənin bölgədə və dünyada güclənən nüfuzundan çox narahatdırlar. Bu baxımdan anti-Azərbaycan və anti-Türkiyə dairələri Ermənistanı yenidən bu dövlətlərə, xüsusilə də Azərbaycana qarşı qaldırmağa çalışırlar".
F.Ələkbərov hesab edir ki, Ermənistan xalqı və onun hakimiyyəti, eyni zamanda Dağlıq Qarabağa köçürülən ermənilər artıq maşa kimi istifadə olunmaqdan uzaq durmalıdırlar:
"Onlar bir daha dərk etməlidir ki, Azərbaycan bütün prosesləri diqqətlə izləyir və artıq erməni faşizminin Azərbaycanda yenidən baş qaldırmasına yol verməyəcək. Ona görə də Ermənistan xalqı öz içindəki faşizmə qarşı ciddi addımlar atmalı və bu faşizmi Azərbaycana ixrac etməyə də son qoymalıdır".

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də