
RegionTV.info xəbər verir ki, TƏBİB-dən verilən məlumata görə, "2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq 08 fevral tarixindən 65 yaşdan yuxarı vətəndaşlar üçün həyata keçirilən vaksinasiya prosesi çərçivəsində Respublikamızın bölgələrində “Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) tabeliyində olan xəstəxanaların həkim kollektivi tərəfindən fiziki məhdudiyyətləri olan şəxslərin evlərində peyvənd edilməsi işi həyata keçirilir.
Məlumat üçün qeyd edək ki, vaksinasiya prosesi Abşeron, Sumqayıt şəhərləri və ölkəmizin regionlarında TƏBİB tərəfindən həyata keçirilməkdədir.
