Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Gəncədə qumbara və qumbara partladıcıları aşkarlanıb

Gəncə şəhərində silah-sursat tapılıb.Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan RegionTV.info-ya verilən məlumata görə, Gəncə şəhər Baş Polis İdarəsinin (ŞBPİ) Post Patrul Xidməti Taborunun əməkdaşları inzibati ərazilərində xidmət aparan zaman, şəhər ərazisində məişət tullantıları üçün nəzərdə tutulan sahələrin birində silah-sursat aşkarlayıb.
Dərhal ANAMA-nın əməkdaşları həmin əraziyə dəvət olunaraq müvafiq tədbirlər həyata keçirlib. Araşdırmalar zamanı oradan "F-1", 1 ədəd "RQD 5" əl qumbaraları, 2 ədəd "UZQRM" qumbara partladıcısı, 96 ədəd müxtəlif kalibirli avtomat və tapança patronları aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də