Gəncədə yaşayış evlərinin birində partlayış baş verib.
RegionTV.info-nun verdiyi məlumata görə, hadisə şəhərin Totanlı küçəsi ev 2 ünvanında baş verib.
Nəticə etibarı ilə həmin vaxt evdə tək olan 1988-ci il təvəllüdlü Məmmədov Vasif Əli oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralı Gəncə şəhərindəki xəstəxanalardan birinə yerləşdirilib və vəziyyəti ağırdır.
İlkin məlumata görə, partlayış qaz sızması nəticəsində baş verib. Mənzil tamamilə dağılıb.
Xəbəri paylaş