Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Qubaya gizli yollarla gedənlər saxlanıldı






Karantin rejiminin tələblərini pozaraq Qubaya gizli yollarla “Aşura” mərasiminə dəstək məqsədi ilə Masallı və Lənkəran rayonlarından gələn şəxslər polis tərəfindən saxlanılıblar.

DİN Mətbuat Xidmətindən verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində xidmət aparan zaman karantin qaydalarını pozaraq Quba rayonunda yerləşən Zərdabi və Hacı Cəfər məscidlərində “Aşura” məclisi keçirmək üçün dəstək olmağa gələn iki şəxsi saxlayıblar. Araşdırmalarla onların Masallı rayon sakini Samir Hüseynli və Lənkəran rayon sakini Arif Hüseynov olduqları məlum olub.

Qaydaları pozan A.Hüseynov və S.Hüseynli barəsində qanunauyğun tədbirlər görülüb və onlar 10 sutka həbs ediliblər.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də