
RegionTV.info xəbər verir ki, mərhələnin mərkəzi qarşılaşmasında “Barselona” öz meydanında Fransa çempionu PSJ komandasını qəbul edib. İspaniyada “Nou Kamp” stadionunda keçirilən görüş qonaqların 1:4 hesablı qələbəsi ilə başa çatıb.
PSJ-nin qollarını Kilyan Mbappe (3) və Mouse Kin vurub. Kataloniyalıların yeganə qolu isə penaltidən gəlib. Lionel Messi topu qapıdan keçirə bilib.
[media=https://youtu.be/RFzfgsGKsY4]
Günün ikinci qarşılaşmasında isə “Liverpul” “Leyptsiq” komandasının qonağı olub. COVİD-19 tədbirləri səbəbindən Macarıstanın paytaxtı Budapeştdəki "Puşkaş Arena"da baş tutan matçda ingilis klubu qalib gəlib. Məhəmməd Salah və Sadio Manenin 53 və 56-cı dəqiqələrdə vurduqları qol “Liverpul”a qələbə qazandırıb.
[media=https://youtu.be/a6sprzk-m5o]
Qeyd edək ki, bu komandaların cavab görüşləri martın 11-də keçiriləcək.