
RegionTV.info xəbər verir ki, Azərbaycan tərəfi 44 günlük müharibədə həlak olan 106 erməni hərbçinin meyitini Rusiya sülhməramlılarının vasitəçiliyi ilə bu gün qarşı tərəfə verib.
Eyni zamanda, bildirilir ki, tərəflər 1990-cı illər müharibəsində həlak olanların qalıqlarının axtarışı və mübadiləsi üçün də səy göstərirlər.
Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərdən indiyədək 1379 erməninin meyitinin tapıldığı açıqlanıb.