“Ov üçün istifadə sintetik torlarının satışına qadağa qoyulması ilə bağlı müvafiq orqanlara müraciət edilib”.
RegionTV.info xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə “Ekspert saatı”nda çıxışı zamanı deyib.
Xidmət rəisi bildirib ki, bəzi hallarda bu torlar ölkəyə qaçaqmal yolu ilə gətirilir:
“Çünki onların istifadəsi birbaşa qadağandır. Bu torlar su hövzəsində yaşayan canlılar üçün təhlükəlidir. Bu istiqamətdə təbliğat-təşviqat işləri artırılmalıdır. Qeyd etmək lazımdır ki, qanunsuz ov halları azalıb, vətəndaşlar qanuni yolla ova getməyə üstünlük verirlər”.
Xəbəri paylaş