RegionTV.info
Nazirlər Kabinetinə işğaldan azad edilmiş ərazilərlə bağlı tapşırıqlar verilib.
Bu barədə Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb.
Sərəncamla işğaldan azad edilmiş kənd ərazilərindəki yaşayış məntəqələrinin bərpası ilə bağlı ərazi planlaşdırılması işlərinin daha səmərəli təşkili məqsədilə Nazirlər Kabinetinin qarşısında tapşırıqlar qoyulur.
Belə ki, Nazirlər Kabineti “Müfəssəl plan olmadığı və ya onun müddəti bitdiyi hallarda tikintiyə icazə verilməsi və ya məlumatlandırma icraatı məqsədləri üçün tikinti layihələrinin onların həyata keçiriləcəkləri ərazinin planlaşdırılması sənədlərinə (baş planlara və (və ya) ümumi planlara), habelə müfəssəl planın hazırlanması zamanı nəzərə alınan tələblərə uyğunluğunun müəyyənləşdirilməsi Qaydaları”nda bir ay müddətində dəyişikliklər etməlidir.
Xəbəri paylaş