Ekologiya və Təbii Sərvətlər Nazirliyi şəxsin öz həyətindəki ağacı kəsdiyi halda ona cərimənin tətbiq edilib-edilməməsinə münasibət bildirib. bildirir RegionTV.info bildirir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Ekspert saatı" verilişində Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə deyib ki, bu məsələ şəxsin həyətyanı sahəsinin torpağının kateqoriyasından asılıdır.
Onun sözlərinə görə, əgər həyətyanı sahə evin sənədində fərdi həyətyanı sahə kimi təsbit edilibsə və həmin sahə şəxsin adınadırsa, ağac kəsildikdə, yaxud onun yeri dəyişdirildikdə heç bir cərimə tətbiq edilmir:
"Bir çox hallarda isə şəxsin evinin həyəti olur, amma həmin həyətin fərdi həyətyanı sahə statusu olmur. Bu halda, şəxsə cərimə tətbiq edilir".
Xəbəri paylaş