Təəssüflər olsun ki, bir sıra media nümayəndələri 2020-ci ildə Təhsil Nazirliyinə alınan mebel avadanlıqlarının məbləği ilə bağlı həqiqətə uyğun olmayan böhtan xarakterli məlumatlar yayıblar.
RegionTV.info bildirir ki, bunu Təhsil Nazirliyinin İctimaityyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib.
O əlavə edib ki, 2020-ci ildə nazirliyin Aparatının mebel alışı xərcləri 16109.04 manat təşkil edib:
"Bununla bağlı vaxtilə sosial mediada yer alan yanlış sualları cavablandırmışıq. Eyni zamanda bu yalan və böhtan xarakterli məlumatlar hələ də tirajlanır. Cəmiyyətdə bu tip yalan məlumatların qəsdən yayılması və ictimai diqqətin yanlış istiqamətə yönəldilməsi təəssüf doğurur. Bir daha xatırlatmaq istərdik ki, 2020-ci ildə Təhsil Nazirliyinin Aparatının mebel alışı xərcləri 16 109.04 (16 min 109 manat 4 qəpik) təşkil edib".
Qeyd edək ki, sosial şəbəkələrdə mebel avadanlığının alınması üçün elan edilmiş tenderin 1 milyon manat həcmində olması barədə məlumatlar paylaşılır.
Xəbəri paylaş