Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Tərtərdə bu günə kimi 540 nəfər peyvənd olunub

Tərtər rayonunda vaksinasiya bşalanılan vaxtdan bu günə kimi 540 nəfərə peyvənd vurulub.
RegionTV.info xəbər verir ki, bu məlumatı Tərtər Rayon Mərkəzi Xəstəxanasından bildiriblər.
Qeyd olunub ki, peyvənd olunanlardan 351 nəfəri tibb işçisidir:
"Bildiyimiz kimi, ölkədə vaksinasiya prosesinə start veriləndə öncə tibb işçiləri peyvəndləndilər. Biz də bu sahənin işçiləri olduğumuz üçün ilk peyvənd bizə vuruldu, növbəti mərhələdə isə 65 yaşdan yuxarı şəxslər vaksinasiya ediləcək. Sakinlərin peyvəndlənməsi ilə bağlı ilk günlərdə nisbətən zəiflik müşahidə edilsə də, sonralar canlanma baş verdi. Bu gün səhərdən artıq 63 nəfər peyvəndlənib və hər şey qaydasındadır".

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də