Məşhur kitab mağazaları şəbəkəsi - “Əli və Nino”nun rəsmi “Facebook” səhifəsində mağazalardan birinin qarət olunması barədə məlumat yayılıb.
RegionTV.info xəbər verir ki, yazılanlara görə, dünən Fəvvarələr meydanındakı mağaza qarət edilib. İddia olunur ki, 9-cu Polis Bölməsi əməkdaşları mağazanın rəhbərliyini şantaj edib.
“Dünən gecikmədən polisə müraciət etdik. Hadisə yerinə gələn polis dərhal dedi ki, şəhərin mərkəzində çoxdan fəaliyyət göstərən bu quldur dəstəni yaxşı tanıyır. Ümid edirəm ki, bu işlə fəaliyyət üçün icazə verilməsinə baxmayaraq, mağazamızı dəfələrlə bağlayan, ya da dörd qızımı tutan və onları “karantin rejimini kobud şəkildə pozduqları üçün” (maskaları burundan aşağı düşməsi və.s) yeddi saat polis bölməsində saxlayaraq, bizi 10 min manat cərimə ilə şantaj edən 9-cu Polis Bölməsi deyil, nazirlik məşğul olacaq”, - deyə bildirilib.
Məsələyə aydınlıq gətirmək üçün Daxili İşlər Nazirliyilə əlaqə saxladıq.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, hazırda faktla bağlı araşdırma aparılır.
Xəbəri paylaş