Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Şirvanda restoran rəhbəri məsuliyyətə cəlb edildi - FOTO

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Şirvan şəhəri, T. İsmayılov küçəsində yerləşən fiziki şəxs Xəlilov Mehman Vaqif oğluna məxsus "Şirvanşah" restoranında yoxlama keçirib.
AQTA-dan RegionTV.info-ya verilən məlumata görə, yoxlama zamanı müəssisədə qida təhlükəsizliyi sahəsində normativ sənədlərin tələblərinə əməl edilmədiyi, sanitar norma və qaydaların kobud şəkildə pozulduğu, həmçinin dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin görülmədiyi müəyyən edilib.
Mətbəx sahəsinin mövcud sanitar-texniki və sanitar-gigiyenik vəziyyətinin normativ sənədlərin tələblərinə cavab vermədiyi aşkarlanıb. Aşkarlanan nöqsanlarla bağlı müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də