Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Putindən qapalı görüşdə şok bəyanat: Bakının qələbəsi... - Video

Məşhur rusiyalı jurnalist, “Exo Moskvı” radiostansiyasının baş redaktoru Aleksey Venediktov Rusiya Prezidenti Vladimir Putinlə qapalı görüşündən maraqlı məqamları açıqlayıb.
RegionTV.info  xəbər verir ki, Venediktov Rusiya Prezidentinin 2020-ci ildə fəxr edə biləcəyi üç mühüm nailiyyətindən danışdığını qeyd edib.
“Putin bu qapalı görüşdə Rusiyanın ən güclü təsirə malik vaksin hazırlaya bilməsindən çox məmnun olduğunu söyləyib. “Vaksin məsələsi məni çox məmnun etdi”, - deyə Putin qeyd edib. O, həmçinin bildirdi ki, Qarabağ probleminin çözülməsindən çox razıdır və hətta Bakının qələbəsi ilə tamamlanan proseslə fəxr edir. Üçüncüsü: Prezident 2020-ci ildə Rusiyanın yeni növ silahlarından razılığını dilə gətirdi”, - deyə Venediktov “Exo Moskvı”nın efirində bildirib.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də