Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Barselona şəhərində Azərbaycan Evi açılıb - FOTO






Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və “Barselonadakı Azərbaycanlılar Cəmiyyəti”nin təşəbbüsü ilə İspaniyanın Barselona şəhərində Azərbaycan Evinin açılış mərasimi keçirilib.

Pandemiya ilə bağlı mövcud karantin qaydalarına uyğun şəkildə keçirilən tədbirdə Kataloniyada yaşayan azərbaycanlılar və ölkəmizə dost münasibəti bəsləyən müxtəlif xalqların icma üzvləri iştirak ediblər.

Mərasim “Barselonadakı Azərbaycanlılar Cəmiyyəti”nin 5 illik fəaliyyətini və Azərbaycan Evinin qurulması prosesini özündə əks etdirən videoçarxların nümayişi, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun bu mühüm hadisə münasibətilə İspaniya azərbaycanlılarına təbriki ilə başlayıb.

Tədbirdə “Barselonadakı Azərbaycanlılar Cəmiyyəti”nin sədri və İspaniya Azərbaycan Evinin rəhbəri Kərim Kərimov, cəmiyyətin İdarə Heyətinin üzvü Nərmin Salayeva, Gürcüstanın Barselonadakı baş konsulu Ketevan Gogolashvili çıxış ediblər. Natiqlər Azərbaycan Evinin fəaliyyətinin Barselonada və ümumilikdə İspaniyada yaşayan azərbaycanlıları bir araya gətirmək, onları əlaqələndirmək, milli dəyərlərimizin və tarixi reallıqlarımızın təbliğatı baxımından yüksək qiymətləndiriblər. Azərbaycan Evinin Barselona şəhərinin multikultural simasında özünəməxsus yer tutacağı, burada Azərbaycan və Gürcüstan icmalarının birgə tədbirlərinin keçirilməsinin önəmi vurğulanıb.

Azərbaycan Evində hər ay mütəmadi olaraq gerçəkləşdirilməsi nəzərdə tutulan 7 yeni və fərqli layihə barədə ətraflı məlumat verilib.

Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyilə Almaniya, İtaliya, Polşa, Macarıstan, Türkiyə, Estoniya və digər ölkələrdə Azərbaycan evləri fəaliyyət göstərir.









Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də